Ukraynada ağır yol qəzası: azərbaycanlı yaralandı


14:29     23 Oktyabr 2015 images5.jpg


Ötən gün səhər saatlarında Ukraynanın Borispol şəhərində ağır yol qəzası baş verib.
Femida.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Borispol trasında hərəkət edən "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, maneəyə çırpılıb və yanmağa başlayıb.

Hadisə şahidləri sərnişinləri avtomobildən çıxardıblar: qadında həyat əlamətləri olmayıb, salonda olan kişi ağır xəsarət alıb. İlkin məlumatlara görə, o 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır.
Şahidlərin sözlərinə görə, qəzadan öncə avtomobil yüksək sürətlə hərəkət edib.
Ürəyi zəif olanların videoya baxması tövsiyə olunmur.

Açar sözlər:

Oxunub: 1184