Narkotik alverçisinin evindən marixuana çıxdı
17:09 21 Fevral 2019
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qalınçaq kənd sakini Məzahir Əzimov saxlanılıb.
Keçirilmiş tədbirlərin davamı olaraq onun yaşadığı evə baxış keçirilib. Evdən və həyətyanı sahədəki tikilidən 1 kiloqram 480 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 312
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb