Yanğında zəhərlənən iki qadın Toksikologiya şöbəsinə yerləşdirilib


15:20     25 Fevral 2019 19_02_25_1551093694.jpg


Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən iki qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.


Femida.az xəbər verir ki, bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Həkimlər 26 və 53 yaşlı iki qadının vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər.

Onların həyatları üçün təhlükə yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 377