Ağır yol qəzası - Ana və qızı yaralandı


00:13     25 Oktyabr 2015 qeza68.jpg

Ələt-Astara magistral yolunun 189-cu km-də, Lənkəran rayonunun Liman şəhəri ərazisində yük maşını ilə eyni istiqamətdə hərəkət edən "Ford" markalı avtomobil toqquşub.


Femida.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 1984-cü il təvəllüdlü Bəşirova Aygün Rafael qızı və onun qızı - 2004-cü il təvəllüdlü Bəşirova Xədicə Əli qızı xəsarət alıb.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 912