Ağır yaralı Beyləqandan Bakıya göndərildi
18:40 13 Noyabr 2017
Beyləqanda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan Ağstafa rayon sakini, 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Bakıya göndərilib.
Femida.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədov deyib.
O bildirib ki, vəziyyəti ağır olduğundan G. Əhmədova Bakıdan çağırılmış həkim qrupu ilə paytaxt xəstəxanalarının birinə göndərilib. Onun sözlərinə görə, G. Əhmədova cərrahiyyə əməliyyatı edilərək dalağı götürülüb.
Xatırladaq ki, dünən Beyləqan rayonu ərazisində Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlunun idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə cəlb olunan FHN-nin yanğınsöndürənləri yanğını söndürüblər. Qəza nəticəsində avtomobilin sərnişini Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N. Əhmədov və sərnişinlər - Ağstafa rayon sakinləri 1958-ci təvəllüdlü Hacıyeva Südabə Kakoy qızı və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
G. Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.
Femida.az
Oxunub: 601
Oxşar xəbərlər
- Ağır atletlərimizlə bağlı – SƏRT QƏRAR
- Ağır yanıq xəsarətləri almış qadın öldü
- Ağır Cinayətlər Məhkəməsində gərgin anlar - Özünü yandırmaq istədi
- Ağır qəzada 7 nəfər öldü- Türkiyədə
- Ağır Atletika Federasiyası məhkəməyə müraciət edəcək
- Ağır qəza törədən sürücü yaxalandı
- Ağır yol qəzası - Ana və qızı yaralandı
- Ağır xəstəliyə tutulan kişinin son əməli - Gəncədə
- Ağır qəzada sürücü öldü- 4 yaşlı uşaq ağır yaralandı
- Ağır yol qəzası: 10 ölü