Ağır qəza törədən sürücü yaxalandı
18:18 24 Mart 2016
Lənkəranda dörd nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı.
Femida.az APA-ya istinadən xəbər verir ki, Lənkəranda dörd nəfərin ölümünə səbəb olmuş minik avtomobilinin sürücüsü, Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Xəlilzadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, ötən gün saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində dəhşətli yol-nəqliyyat qəzası baş verib.
Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Xəlilzadə idarə etdiyi “VAZ-21099” markalı, 10 EG 472 dövlət nömrə nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan, Lənkəran şəhər sakinləri, 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.
Avtomobilin sərnişini, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Həsənov və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq Səbuhi Əliyevin həyarınıxilas etmək mümkün olmayıb. O, bu gün səhər saatlarında dünyasını dəyişib.
Hadisəni törətmiş sürücü isə hadisə yerini tərk edərək istintaqdan yayınıb. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X. Xəlillzadə isti izlərlə yuaxalanaraq istintaq cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 1151
Oxşar xəbərlər
- Ağır yaralı Beyləqandan Bakıya göndərildi
- Ağır atletlərimizlə bağlı – SƏRT QƏRAR
- Ağır yanıq xəsarətləri almış qadın öldü
- Ağır Cinayətlər Məhkəməsində gərgin anlar - Özünü yandırmaq istədi
- Ağır qəzada 7 nəfər öldü- Türkiyədə
- Ağır Atletika Federasiyası məhkəməyə müraciət edəcək
- Ağır yol qəzası - Ana və qızı yaralandı
- Ağır xəstəliyə tutulan kişinin son əməli - Gəncədə
- Ağır qəzada sürücü öldü- 4 yaşlı uşaq ağır yaralandı
- Ağır yol qəzası: 10 ölü