Ağır Atletika Federasiyası məhkəməyə müraciət edəcək
22:33 04 İyul 2016
Azərbaycan Ağır Atletika Federasiyası İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir.
Federasiyadan Femida.az-a verilən məlumata görə, buna səbəb Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) azərbaycanlı idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları lisenziyalarından məhrum edilməsi barədə qərarıdır.
Federasiya bununla bağlı beynəlxalq hüquq şirkətlərinə müraciət etməyi düşünür.
Qeyd olunub ki, Azərbaycan Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır. Bununla yanaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir.
Bütün bunlar Azərbaycan Ağır Atletika Federasiyasının beynəlxalq instansiyalarda iddiasının öz müsbət həllini tapacağına əsas verir.
Oxunub: 892
Oxşar xəbərlər
- Ağır yaralı Beyləqandan Bakıya göndərildi
- Ağır atletlərimizlə bağlı – SƏRT QƏRAR
- Ağır yanıq xəsarətləri almış qadın öldü
- Ağır Cinayətlər Məhkəməsində gərgin anlar - Özünü yandırmaq istədi
- Ağır qəzada 7 nəfər öldü- Türkiyədə
- Ağır qəza törədən sürücü yaxalandı
- Ağır yol qəzası - Ana və qızı yaralandı
- Ağır xəstəliyə tutulan kişinin son əməli - Gəncədə
- Ağır qəzada sürücü öldü- 4 yaşlı uşaq ağır yaralandı
- Ağır yol qəzası: 10 ölü