Ağır xəstəliyə tutulan kişinin son əməli - Gəncədə


17:51     02 Oktyabr 2015 87f365bd6f3690ece66b09240a9d5b6a.jpg

Gəncə şəhər sakini özünü asaraq öldürmək istəyən şəxs xilas edilib.


Şəhərin Sədi küçəsində kirayədə yaşayan 1985-ci il təvəllüdlü Seymur Bayramov intihara cəhd edib. Otağa daxil olan həyat yoldaşı dərhal onu qaldıraraq kəndiri boğazından çıxarıb. S. Bayramov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə S. Bayramov ağır xəstəlikdən əziyyət çəkir./apa/

Açar sözlər:

Oxunub: 790