Ölkəyə sənədsiz telefon gətirənlər saxlanıldı


12:08     09 Mart 2019 19_03_09_1552118946.jpg

Çoxsaylı texnoloji avadanlıqların ölkəyə sənədsiz şəkildə keçirilməsinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, iki Azərbaycan vətəndaşı kommersiya məqsədləri üçün mobil telefonları müxtəlif şəxslərə paylayaraq ölkə ərazisinə keçirməyə cəhd edib.

Həmin şəxslər gömrükçülər tərəfindən saxlanılıblar.


Bu zaman məlum olub ki, vətəndaşlar 2 ədəd “Sony” markalı “PlayStation 4”, 123 ədəd “Mi 8 Lite” markalı mobil telefon, 10 ədəd “İphone 8” və 1 ədəd “İphone X” markalı mobil telefona aid qutuları başqa şəxslərə paylamaqla ölkə ərazisinə şəxsi istehlak miqdarı adı altında keçirməyə cəhd göstəriblər.

Yuxarıda sadalanan məhsullar gömrükçülər tərəfindən saxlanılaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna aparılıb. Saxlanılan zaman vətəndaşlar tərəfindən qeyd olunan mallara dair heç bir sənəd təqdim olunmayıb.

Açar sözlər:

Oxunub: 428