Narkotik vasitələrin daşıyıcıları arasında qadınların sayı artıb
12:04 15 Mart 2019
Son zamanlar narkotik vasitələrin daşıyıcıları arasında qadınların sayı artıb.
Femida.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İnstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı jurnalistlər üçün təşkil edilən təlimində çıxışı zamanı deyib.
Rəis müavini bildirib ki, yalnız son illər belə qadınların sayı 14%-ə çatıb: “2018-ci il ərzində Azərbaycanda qadınlar arasında 87 halda daxili bədən boşluqlarında narkotiklərin keçirilməsi faktı qeydə alınıb”.
DGK rəsmisi əlavə edib ki, bəzi kişilər öz həyat yoldaşlarını bu işə cəlb edirlər. Onun sözlərinə görə, ötən il 1 ton 193 kq narkotik vasitə Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edilib: “Bunun 1 ton 37 kiloqramını heroin təşkil edib. Son 3 ildə isə 2 ton 251 kq heroin aşkar edilib".
Femida.az
Oxunub: 343
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb