Ötən il turistlər Azərbaycanda 2 milyard dollardan çox pul xərcləyiblər

Ötən il turistlər Azərbaycanda 2 milyard dollardan çox pul xərcləyiblər


15:01     03 Aprel 2019 turist_esas.jpg


Ötən il Azərbaycana gələn turistlər 2 milyard dollardan çox pul xərcləyiblər. Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, ötən il Azərbaycana gələn qonaqların sayı 2 milyon 800 mindən çox olub.

K.Quluzadə əlavə edib ki, bu il Azərbaycana gələn qonaqların sayı 360 min nəfərdən çox olub. Rusiya gə Gürcüstandan Azərbaycana daha çox turist gəlib:"Bundan əlavə, son illərdə Yaxın Şərq ölkələrindən gələn turistlərin sayında böyük artım var. Bu ilin son iki ayının nəticələrinə əsasən, Cənubi Asiya bölgəsindən gələnlərin sayında böyük sıçrayış var. Ötən ilin müvafiq dövrü ilə müqayisədə b u ilin son iki ayının nəticələrinə əsasən, 70 faiz artım var. Mərkəzi Asiya bölgəsi üzrə 30 faiz artım var. Ümumilikdə Azərbaycanda 15 turizm bazarı üzrə turistlərin sayında artım var".

K.Quluzadə bildirib ki, əsas məqsəd 2023-cü ilədək Azərbaycana gələn turistlərin sayını 2 dəfə artırmaqdır.

Agentlik rəsmisi əlavə edib ki, yaxın zamanlarda Azərbaycanın turizm potensialı 20-yə yaxın beynəlxalq turizm sərgisində təmsil olunacaq. (Trend)

Femida.az

Açar sözlər: #turist   #turizm  

Oxunub: 107