Ermənistanın iki əsgəri öldü


12:21     03 May 2019 2019/05/282789_res_01_1556871842.jpg

Ermənistanın Sünik vilayətində (Dərələyəz) baş vermiş avtomobil qəzası nəticəsində iki hərbi qulluqçu ölüb.


Femida.az erməni mənbələrinə istinadən xəbər verir ki, ölənlər qardaş olublar və Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqavilə əsasında xidmət keçirdilər.

Qəza gecə saatlarında İrəvan-İran sərhədi yolunun 380-ci kilometrliyində baş verib. 25 yaşlı Mehri sakini Armen Aqaronyanın idarə etdiyi “Toyota Vitz” avtomobili “KamAZ”la toqquşub. Toqquşma nəticəsində hər iki maşın xəndəyə yuvarlanıb. Armen Aqaronyan hadisə yerində ölüb, onunla birlikdə maşında olan qardaşı Levon Aqaronyan isə xəstəxanada keçinib.


Femida.az

Açar sözlər:

Oxunub: 323