At arabasını vurub qaçan sürücü tapıldı


12:13     06 May 2019 terror%20hebs.jpg

Mayın 3-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində müəyyən edilməyən avtomobillə kənd sakini Vaqif Əkbərovun sürdüyü at arabası vurulub. V.Əkbərov xəsarətlə xəstəxanaya yerləşdirilib.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətricəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Xəsarətlə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mürsəlli kənd sakini Rəvan Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 276