Gənc qız baş nazirin başına yumurta atdı - Avstraliyada (VİDEO)


12:10     07 May 2019 19_05_07_1557216767.jpg

Avstraliyada qeyri-adi olay yaşanıb. 24 yaşlı qız baş nazir Skot Morisonun başına yumurta atıb. O, bununla nazirə etiraz edib.


Femida.az xəbər verir ki, Morison 18 mayda keçiriləcək seçki kampaniyası çərçivəsində Avstrailya Qadınlar Birliyinin təşkil etdiyi tədbirdə bu hadisə ilə qarşılaşıb.

Amber Holt adlı qadının atdığı baş nazirin başının arxasına dəyib, lakin qırılmayıb.

Hadisədən sonra Holt polis tərəfindən saxlanılıb.

24 yaşlı qız sosial medianın gündəminə "yumurta qadın" kimi düşüb.



Amin

Femida.az

Açar sözlər: #Avstraliya   #yumurta  

Oxunub: 534