Maşının üzərinə “Satılır” elanı vuranlar 2000 manat cərimə olunacaq
21:36 12 May 2019
Qanun avtomobillərin üzərinə reklam xarakterli materialların və yazıların vurulmasına ciddi nəzarət edir. Qaydaları pozanları ciddi cərimələr gözləyir.
Bu barədə Yol Patrul Xidmətinin (YPX) şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, avtomobilin üzərinə reklam xarakterli yazıların vurulması üçün xüsusi sertifikat tələb olunur.
“Avtomobilinizin şüşəsinə yapışdırılımış “Satılır” elanı belə reklam sayılır. Avtomobilin istehsal edildiyi şirkətin loqotipi və ya adı isə reklam hesab edilmir”, - deyə o bildirib.
Kamran Əliyev qeyd edib ki, nəqliyyat vasitəsində reklam yerləşdirilməsinə dair qaydaları pozan fiziki şəxslər 50 manatadək, vəzifəli şəxslər 150-200 manatadək, hüquqi şəxslər 500-2000 manatadək cərimə oluna bilərlər.
Xatırladaq ki, nəqliyyat vasitəsi üzərində reklama reklam agenti və avtomobil sahibi arasında bağlanmış müqavilə əsasında yerləşdirilir.
Reklamın yerləşdirilməsinə icazəni Daxili İşlər Nazirliyi verir.
Femida.az
Oxunub: 1245
Oxşar xəbərlər
- Maşının vurduğu 8 yaşlı uşaq xəstəxanda öldü
- Maşınını çaya aşıran sürücü öldü
- Maşınını aşırdı, sürücü öldü
- Maşının mühərrikindən dərman və telefonlar çıxdı
- Maşınınız “lyuka” düşüb: Məsuliyyət kimdədir? - Hüquqi maarifləndirmə
- Maşının inəyi vurdu - 3 nəfər yaralanıb
- Maşınını "moyka"ya qoydu, qayıdanda yerində tapmadı - TƏFƏRRÜAT - VİDEO
- Maşının şüşəsini sındıranlar yaxalandı
- Maşının təkərindən 80 telefon çıxdı
- Maşınının elə bir yerində narkotik gətirdi ki... - Gömrükdə fırıldaq