Maşının təkərindən 80 telefon çıxdı
16:21 20 İyun 2018
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Femida.az DGK-ya istinadən xəbər verir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.
Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin arxa təkərlərinin içərisində Çin istehsalı olan 10 ədəd "Fuua", 30 ədəd "X-inova", 20 ədəd "Kibosun", 10 ədəd "ZHT", 5 ədəd "Sunelen" və 5 ədəd "B110" markalı mobil telefonlar, həmçinin 30 ədəd qidalandırıcı qurğu aşkara çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 907
Oxşar xəbərlər
- Maşının vurduğu 8 yaşlı uşaq xəstəxanda öldü
- Maşınını çaya aşıran sürücü öldü
- Maşınını aşırdı, sürücü öldü
- Maşının mühərrikindən dərman və telefonlar çıxdı
- Maşının üzərinə “Satılır” elanı vuranlar 2000 manat cərimə olunacaq
- Maşınınız “lyuka” düşüb: Məsuliyyət kimdədir? - Hüquqi maarifləndirmə
- Maşının inəyi vurdu - 3 nəfər yaralanıb
- Maşınını "moyka"ya qoydu, qayıdanda yerində tapmadı - TƏFƏRRÜAT - VİDEO
- Maşının şüşəsini sındıranlar yaxalandı
- Maşınının elə bir yerində narkotik gətirdi ki... - Gömrükdə fırıldaq