"Media insanlara nümunəvi ailələri göstərməlidir, problemliləri yox" - Hicran Hüseynova


11:35     15 May 2019 hicran1.jpg


Biz Azərbaycanda ailələrin 3 istiqamət üzrə formalaşmasına çalışırıq: Sağlam ailə, təhsilli ailə və sosial problemlərin həlli.


Femida.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 15 may "Beynəlxalq Ailə günü"nə həsr olunmuş tədbirdə deyib. O, bildirib ki, Azerbaycanda gözəl ailə modeli var:

"Bizə Britaniyadan, Fransadan müraciət edirlər. Onlar dünyada olan gözəl ailə modellərini beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirlər. Onların nümunə göstərdiyi 7-8 ailə modeli arasında Azərbaycan ailəsi də var.

Bizim 11 rayonda ailə dəstək mərkəzlərimiz fəaliyyət göstərir. Burada təkcə problemli uşaqlar, tənha qadınlar yox, butun ailə məsələlərində insanlara yardım edilir. Biz bölgələrdə əhali ilə görüşlər keçiririk. Gözəl ailə nümunələrini göstəririk.

Media da insanlara nümunəvi ailələri göstərməlidir, problemli ailələri yox. 50-60 il bir yerdə mehriban yaşayan ailələrimiz var. Onlar cəmiyyətə nümunədir. Əhali özü çalışmasa, ictimai qınaq olmasa biz problemləri həll edə bilmərik".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ailə   #Qadın   #Komitə   #Konfrans  

Oxunub: 614