Elektron pulun tətbiqi imkanları müzakirə olunub

Elektron pulun tətbiqi imkanları müzakirə olunub


17:07     20 May 2019 2019/05/15583516254839161465_1000x669_1558355351.jpg

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasında Rusiya Bankının (Mərkəzi Bank) Milli ödəniş sistemi departamentinin direktoru Alla Bakina ilə görüş keçirilib.


Femida.az Palataya istinadən xəbər verir ki, görüşdə qonaq Rusiyada elektron ödənişlər sahəsində qanunvericilik bazası, həyata keçirilən islahatlar, ölkələr arasında pul köçürmə əməliyyatları, habelə maliyyə savadlılığı sahəsində həyata keçirilən layihələr haqqında məlumat verib. Həmçinin Palatanın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi və ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi sahəsində gördüyü tədbirlər barədə danışılıb.

Rəqəmsal bankçılıq və elektron ödənişlər sahəsində ətraflı müzakirələrin aparıldığı görüşdə innovativ ödəniş həllərinə və elektron pulun ölkədə tətbiqi imkanlarına toxunulub, gələcək dövrdə qarşılıqlı əməkdaşlığın zəruriliyi qeyd edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 189