Narkotik qaçaqmalçılığının qarşısı alınıb
12:31 04 İyun 2019
Gömrükçülərin sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddənin gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına ayrı-ayrı şəxslərin yüklərini daşıyan “Kamaz” markalı, 42 BD 226 dövlət nömrə nişanlı yük avtomobilinin 42 ZA 020 nömrə nişanlı yarımqoşqusuna rentgen qurğusunda baxış keçirilib.
Baxış zamanı, Bakı Baş Gömrük İdarəsi Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları yarımqoşqudakı yüklərin içində şübhəli çizgilər müşahidə ediblər. Təkrar yoxlama nəticəsində isə dəri məmulatlarından birinin içərisində ayrı-ayrı yerlərdə kəsiklər olduğu müəyyən edilib. Həmin kəsiklərdə isə 4 ədəd bağlamada ümumi xalis çəkisi 2795 qram olan narkotik vasitə - heroin və 0,522 qram psixotrop maddə - metamfetamin, eləcə də 297 ədəd həb şəklində, təsiredici maddəsinin ümumi miqdarı 11,88 qram olan narkotik vasitə - metadon aşkar olunub.
Daha sonra Bakı Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Əliyev Turan Nazim oğlu və Tarverdiyev Pərviz İsmayıl oğlu içərisində narkotik vasitələr və psixotrop maddə olan həmin yükü təhvil alarkən yaxalanıblar.
Adıçəkilən vətəndaşlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməyə görə şübhəli şəxs qismində tutularaq barələrində toplanmış materiallar Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib.
Femida.az
Oxunub: 327
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb