Saxta pulla bazarlıq edənlər tutuldu
00:14 03 Noyabr 2015
Tərtər rayonunda mağazadan saxta əskinas verərək ərzaq məhsulları almış şəxslər tutulublar.
Femida.az-ın DİN-in saytına istinadən məlumatına görə, Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Qanboy Tanrıverdiyevə məxsus mağazaya gələrək 1 ədəd 20 manatlıq və 2 ədəd 10 manatlıq saxta əskinas verib ərzaq məhsulları almış rayon sakinləri Fərid Məmmədli və Səxavət Axundlu tutulub.
Əməliyyat-axtarış tədbirləri zəminində F.Məmmədlidən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 12 ədəd 1 manatlıq, 34 ədəd 10 manatlıq, S.Axundlunun yaşadığı mənzilə baxış zamanı isə 1 ədəd 20 manatlıq və 13 ədəd 10 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.
Oxunub: 1037
Oxşar xəbərlər
- Şaxta Baba ucqar kəndlərdə uşaqları sevindirdi
- Saxta pul satan ana və qızına 7 il CƏZA
- Şaxta baba olmaq istəyənlərin NƏZƏRİNƏ
- Saxta pulla alver etmək istədi, tutuldu
- Saxta pul hazırlayan şəxs tutulub
- Saxta pul kəsənlərin cəzası azaldıldı
- Saxta Azərbaycan pasportu ilə sərhədi keçmək istəyən “qanuni oğru” saxlanılıb
- Saxta siqaret satışının qarşısı alınıb
- Saxta MTN əməkdaşının məhkəməsi olub
- Saxta diplom satan Azərbaycan vətəndaşı tutuldu - Rusiyada