Anası əkdi, dayısı suladı, özü isə yığdı - Yüzlərlə çətənə kolu aşkarlanıb


09:11     07 İyun 2019 2019/06/3113FE68-7D7D-4A07-83EF-2ACA2BDD58F3_1559884263.jpeg


Abşeron polisi əməliyyat keçirib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri Aşağı Güzdək qəsəbəsindəki evinin həyətində narkotik maddə becərən 39 yaşlı Hikmət Nəsirov saxlanılıb.

H. Nəsirov dindirilmə zamanı toxumu Masallı rayonunda yaşayan bibisi oğlundan aldığını bildirib. O, anasına əsəbiləşərək toxumun olduğu bağlamanı bağa atdığını, nəticədə belə bir mənzərənin yarandığını deyib. Ancaq sonradan törətdiyi əməli etiraf edib.

Müəyyən olub ki, H.Nəsirov toxumu bibisi oğlundan alıb, anası onu əkib, dayısı sulayıb, özü isə yığıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.(APA)

Femida.az

Açar sözlər: #Çətənə   #Narkotik  

Oxunub: 1497