Mənzildə 54 yaşlı kişinin meyiti aşkar edilib


16:15     07 İyun 2019 meyit.jpg

Paytaxtın Nərimanov rayonunda mənzildə kişi meyiti aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Rzayev Azər İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Açar sözlər:

Oxunub: 358