Dövlət Komitəsindən valideynlərə XƏBƏRDARLIQ
09:17 25 İyun 2019
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3-ü uşaq olmaqla 8 nəfərin xəsarət alması hadisəsi ilə bağlı valideynlərə çağırış edib.
Femida.az-ın məlumatına görə, Dövlət Komitəsi eyni zamanda bununla bağlı əyləncə mərkəzlərində təhlükəsizlik tədbirlərinin görülməsinin zəruri olduğunu vurğulayıb:
“Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfər (3-ü uşaq olmaqla) xəsarət alıb. Baş verən hadisənin nəticələrindən dolayı təəssüfləndiyimizi bildiririk. Hazırda hadisə aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür. Həmçinin Komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu və ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib. Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik.
Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük. Bununla yanaşı, yay mövsümü ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən edilmiş xəbərdarlıqlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur. Valideynlərə yay mövsümündə uşaqları açıq havada, hovuz kənarında, çimərliklərdə nəzarətsiz buraxmamaqla yanaşı, onların süni qidalardan rəngli su və şirniyyat məmulatları, tez xarab olan, dondurma və bu qəbildən olan qidaların qəbulu zamanı ehtiyatlı olmaları tövsiyə olunur".
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub
- Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO
- Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında nəzərə alınacaq müddət artırılır
- Putin Lavrovun sözlərinə görə İsrailə üzrxahlıq edib
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Prezident İlham Əliyev İsrailə səfərə dəvət olunub
- Ağstafada avtomobil aşıb, bir ailənin 3 üzvü xəsarət alıb