Metroda yeniyetməyə qarşı cinayət - Aldadıb pulunu aldılar


15:07     24 İyul 2019

Dələduzluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini saxlanılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyulun 23-də metronun “28 May” stansiyasının qarşısında naməlum şəxs Bakı şəhər sakini olan bir yeniyetməni aldadıb 1200 manatını alıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Niftəliyev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 390