Qaçırdığı avtomobillə piyadanı öldürən şəxsə hökm oxundu


15:54     24 İyul 2019 19_07_24_1563969314.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində tələbənin ölümünə səbəb olan sürücü Tural Rəsulovun cinayət işi üzrə məhkəməsi başa çatıb.


Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən T.Rəsulov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib.

Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü İlkin Bəxtiyar oğlu Şahbazi “Chrysler” markalı avtomobillə vurulub. Piyada aldığı xəsarət nəticəsində ölüb. Hadisəni törətməkdə şübhəli bilinən Rəsulov Tural Söhbət oğlu olub.

Məlum olub ki, o bu maşını Bakı Əyləncə Mərkəzinin dayanacağından həmin gün saat 12.00-da qaçırıb. Hadisə isə saat 13.50-də baş verib.

50 DC 346 dövlət nömrə nişanlı “Chrysler” markalı avtomobilin sahibi isə 23 yaşlı Vəliyev Samir Əmirxan oğludur. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 411