Qaçırdığı maşınla ölkəni tərk etmək istəyirdi - Sərhəddə tutuldu
10:10 21 Oktyabr 2019
Quba rayonunda avtomobil qaçıran keçmiş məhkum sərhəddə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a bildirilib ki, oktyabrın 16-da Quba rayonu, Püstəqasım kənd sakini Niyazi Abdullayev Quba Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus “VAZ-21011” markalı avtomobilin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.
Müraciətlə əlaqədar dərhal RPŞ-də araşdırmalara başlanılıb və nəqliyyat vasitəsi Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın müddətə həbs olunmuş 38 yaşlı Elnur Nöhbalayev tərəfindən qanunsuz olaraq ələ keçirildiyi müəyyən edilib. Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılaraq Quba RPŞ-yə gətirilib.
Dindirilmə zamanı cinayətkar şəxs törətdiyi əməlini etiraf edərək ələ keçirdiyi nəqliyyat vasitəsini Siyəzən rayonu ərazisində gizlətdiyini bildirib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və nəqliyyat vasitəsi tapılaraq sahibinə təhvil verilib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxsin başqa analoji cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Femida.az
Oxunub: 1862
Oxşar xəbərlər
- Qaçırdığı maşınla qəza törətdi
- Qaçırdığı avtomobillə qəza törətdi
- Qaçırdığı maşınla birgə saxlanıldı
- Qaçırdığı maşınla qəza törətdi
- Qaçırdığı avtomobillə piyadanı öldürən şəxsə hökm oxundu
- Qaçırdığı maşınla tutuldu
- Qaçırdığı maşınla tutuldu
- Qaçırdığı maşını hasara çırpdı
- Qaçırdığı maşınla qəza törətdi
- Qaçırdığı avtomobildə nişanlısı ilə görüşdü - Bakıda kuryoz oğurluq