FHN 5 nəfəri xilas etdi


15:49     09 Noyabr 2015 www_lift-press%20ru1.jpg

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.


Femida.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açaraq vətəndaşları liftdən çıxarıblar. Əməliyyat saat 20:05-də başa çatıb.

Digər xilasetmə əməliyyatı isə Suraxanı rayonunda baş tutub. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açaraq azyaşlını valideyinlərinə təhvil veriblər.

Əməliyyat saat 19:00-da başa çatıb.

Açar sözlər:

Oxunub: 692