Bakıda maskalı şəxslər poçta basqın etdi - Bıçaqlanan var


14:04     16 Avqust 2019 19_08_16_1565950018.jpg


Bakıda maskalı şəxslər poçta hücum ediblər.


Femida.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, avqustun 15-də saat 17 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 146 saylı poçta basqın olub. İki nəfər maskalı şəxs poçta girərək orada işləyən Eyyub İsgəndərovu bıçaqla hədələyib pul tələb ediblər.

E.İsgəndərov pul verməyərək həmin şəxslərə müqavimət göstərib və əlbəyaxa dava ediblər. Poçtdan pul götürə bilməyən şəxslər sonda E.İsgəndərovu bıçaqlayaraq hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #poçt  

Oxunub: 542