Goranboyda avtoqəza baş verib, xəsarət alan var


21:16     26 Avqust 2019 19_08_26_1566838875.jpg

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza Dəliməmmədli-Qaradağlı yolunda qeydə alınıb.

"Mitsubishi" və "VAZ 2106" markalı avtomobillərin toqquşması zamanı sonuncunun sürücüsü - 1989-cu il təvəllüdlü Hüseynov Ceyhun Vidadi oğlu xəsarət alıb. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu deyilir.

Açar sözlər:

Oxunub: 610