Deputatların tətil müddəti sabah başa çatır


10:13     29 Avqust 2019 19_08_29_1567059222.jpg


Sabah – avqustun 30-da Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatır.


Femida.az-ın xəbərinə görə, sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Xatırladaq ki, deputatlar iyulun 15-də tətilə çıxmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 599