Goranboyda yük maşını yolun arakəsmələrinə çırpılıb


19:17     31 Avqust 2019 2019/08/4B222D81-3E4E-4C04-AD52-891F72509131_1567264719.jpeg

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı istiqamətində hərəkət edən 90-DH-986 ATEKO markalı yük maşını idarəetmədən çıxıb. Nəticədə yük maşını yol arakəsməsi olan dəmiri qıraraq əks yol çıxıb. Qəza nəticəsində xəsarət alan olmasa da, yük maşınına və yol təsərrüfatına ziyan dəyib. Qəzaya səbəb havanın yağışlı olması bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 483