İraqda 2 Türkiyə əsgəri həlak oldu


18:08     23 Sentyabr 2019 620_340_turkiye-40-gunde-42-sehit-verdi-800x436.71497584541066_55d0332472217.jpg

İraqın şimalında PKK-çılar tərəfindən yerləşdirilən kustar üsulla hazırlanmış partlayıcının partladılması nəticəsində iki türkiyəli əsgər həyatını itirib.



Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, İraqın şimalında təchizat karvanının keçidi zamanı partlayış olduğu qeyd olunub.

Açıqlamada "Bizi dərin kədər və hüznə qərq edən bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələri ilə uca türk millətinə başsağlığı və səbr diləyirik", - deyə bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 390