Xırdalan işıqsız qaldı


16:22     26 Sentyabr 2019 19_09_26_1569499643.jpg

Xırdalanda tikilən yarımstansiyaya görə şəhərin bəzi əraziləri işıqsız qalıb.



Məsələ barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Femida.az -a açıqlama verib.

O bildirib ki, Abşeron rayonu və Xırdalan şəhərinin bir hissəsi, xüsusən Quşçuluq massivi kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb:

“Bu Xırdalan şəhəri ərazisində tikilən yeni yarımstansiya ilə əlaqədardır. Hazırda yeni tikilən 110 kVt-luq “Xırdalan” yarımstansiyasına ərazidə olan elektrik verilişi xətlərinin köçürülməsi həyata keçirilir.

Təhlükəsizlik səbəbindən ərazidə enerji təchizatı dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Açar sözlər:

Oxunub: 392