Mehriban Əliyeva yanğında xəsarət alanlara baş çəkib


17:22     20 May 2015 87po7t8hq29bcoleldfs4m3ml7mehriban1.jpg

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ötən gün Bakıda baş verən yanğın nəticəsində yaralanaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən zərərçəkənlərə baş çəkib.


Femida.az xəbər verir ki, yayılan məlumatı tibbi mərkəzin personalı da təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev yanğın yerinə baş çəkmişdi.

Bakı şəhərinin Binəqədi rayonunda, Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfərdən çox insan yaralanıb.

Açar sözlər:

Oxunub: 498