"Ayı ətini satan “ovçu” dövlətə cavab verəcək" - Nazirdən sərt çıxış


12:31     31 Oktyabr 2019 2019/10/9f4ad6f8-74d4-4f03-84e3-f53d4f499dae_1572510817.jpg


"Azərbaycanda şəxsi evlərdə və ya iaşə obyektlərində müxtəlif heyvanların saxlanması faktları azalıb".


Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır: "Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür".

M.Babayev eyni zamanda sosial şəbəkələrdə vəhşi heyvanların saxlanılması ilə yer alan məlumatlara da münasibət bildirib: "Qəbələdə ayı ətini satan “ovçu” saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq. Burada ictimaiyyətin rolu da böyükdür. Sosial şəbəkədə yayılmasından sonra həmin insan aşkar edildi və saxlanıldı. Cəmiyyət və dövlət birgə yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla yanaşmalıyıq”.

Femida.az

Açar sözlər: #ayı   #nazir  

Oxunub: 334