"O dərmanlara görə heç bir məsuliyyət daşımırıq" - Səhiyyə Nazirliyi


16:02     09 Noyabr 2019 19_11_09_1573300944.jpg


Səhiyyə Nazirliyi sosial şəbəkələrdə reklam olunan dərman preparatları və onu reklam edən şəxs haqda məlumat yayıb.


Femida.az-ın məlumatına görə, məlumatda nazirliyin həmin preparatlara görə heç bir məsuliyyət daşımadığı qeyd olunub:

“Bəzi KİV-də (İnstagram) Səhiyyə Nazirliyi adından istifadə edərək dərman preparatları reklam olunub. Bu reklamların Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur və nazirlik sözü gedən reklamın yayılmasına görə məsuliyyət daşımır. Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib”.

Femida.az

Açar sözlər: #dərman  

Oxunub: 533