Mağazadan içərisində xeyli pul olan seyf oğurlanıb


18:49     11 Noyabr 2019 19_11_11_1573483111.jpg

Sumqayıtda mağaza qarət edilib.

Daxili İşlər Nazirliyindən Femida.az-A verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 9-da şəhər ərazisindəki mağazaların birindən içərisində 1490 manat pul olan seyfi, yaddaş qurğusunu və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Bağırov və E.Nəzərov saxlanılıblar.

Açar sözlər:

Oxunub: 515