Mağazadan 3000 manatlıq lotoreya bileti oğurlandı


18:19     02 Mart 2020 2020/03/1583139135106_tRp1xOza_1583155251.jpeg

Masallı və Goranboyda mağazalardan oğurluq edilib.


Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 29-da Masallıda mağazalardan birinin həyətindən 4000 manat dəyərində inşaat materialları oğurlanıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı şəhər sakini E.İbadov saxlanılıb.

Həmçinin Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də rayon ərazisindəki mağazaların birindən 2960 manat dəyərində lotoreya biletini oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini A.Cəfərov saxlanılıb.

Açar sözlər:

Oxunub: 735