Gömrükçülər 933 kiloqramdan çox heroin aşkarlayıblar
16:22 30 Noyabr 2019
Gömrükçülər 933 kiloqramdan çox heroin aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsindən Femida.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya "Volvo" markalı 42BP450/42ZA122 dövlət qeydiyyat nişanlı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İranın "Ensiye Izadkhah By Order Navid Khan Mohammadi Commercial" şirkətindən Ukraynada fəaliyyət göstərən "Bayramlar LTD" şirkətinə "kivi və nar" meyvə yükü apardığı məlum olub. Yükə baxış keçirən gömrükçülər Azərbaycan vətəndaşı Hüseynov Ramiz Hacıəli oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusundakı 26 paletdə, 1152 ədədində kivi və 1550 ədədində nar olmaqla, ümumilikdə 2702 ədəd standart ölçülü plastik yeşiklərdə qablaşdırılan meyvə yükü olduğunu müəyyən edib. Kivi yükü olan 8 paletdəki 768 yeşikdən 471 ədədində kivilərdən "örtücü mal" kimi istifadə edilməklə gizlədilən, kivilərin qablaşdırılmasında istifadə olunan sarı kağızlara bükülmüş vəziyyətdə 1884 ədəd dördkünc formalı bağlamalar aşkar olunub. Şəffaf və sarı yapışqanlı lentlə sarınmış bağlamalarda ümumilikdə qablaşdırılması ilə birlikdə 933 kiloqram 115 qram çəkidə açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin olduğu müəyyən edilib.
Xatırladaq ki, 4 gün əvvəl gömrükçülərin həyata keçirdiyi daha bir uğurlu əməliyyat zamanı Azərbaycandan tranzit keçməklə 304 kiloqram heroinin Ukraynaya daşınmasının qarşısı alınıb. Ümumilikdə son 4 gündə gömrük orqanları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində aşkar edilən 2 fakt üzrə 1 ton 240 kiloqram heroin qanunsuz dövriyyədən çıxarılıb.
Femida.az
Oxunub: 615
Oxşar xəbərlər
- Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
- Gömrükçülər 218 kiloqram heroin aşkarladılar
- Gömrükçülər minik avtomobilində tapança aşkarladı
- Gömrükçülər ölkəyə "İphone 12" telefonların qanunsuz gətirilməsinin qarşısını alıb
- Gömrükçülər 12 cinayətkar dəstəni ifşa edib
- Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib
- Gömrükçülər qanunsuz yolla telefon və dərman keçirənləri saxladı
- Gömrükçülər külli miqdarda bəyan edilməyən mallar aşkarlayıb