Donald Tusk İlham Əliyevə başsağlığı verdi


20:40     21 May 2015 31a4a3d1fe83aa96c52e67be05ce5c96.jpg

Femida.az xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk mayın 21-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib


Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, D. Tusk Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycan prezidenti başsağlığına və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunub.

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.

Dövlət başçısı Donald Tusku Azərbayana rəsmi səfərə dəvət edib. Dəvət qəbul olunub.

Açar sözlər:

Oxunub: 740