Donald Tuskun Azərbaycana səfəri başa çatdı


03:08     23 İyul 2015 donald%20tusk.jpg

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana rəsmi səfəri başa çatıb.


Femida.az-ın məlumatına görə, Heydər Əliyev beynəlxalq hava limanında D.Tusku Azərbaycanın rəsmi şəxsləri yola salıblar.

Xatırladaq ki, səfər zamanı D.Tusk Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Bundan əlavə D.Tusk Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb.

Azərbaycana səfərdən öncə D.Tusk Ermənistan və Gürcüstana səfər edib.

Açar sözlər:

Oxunub: 1131