Donald Trampı Hitlerə bənzətdi


21:15     30 Yanvar 2017 tass.jpg

İspaniyanın paytaxtı Madridin meri Manuela Karmena ABŞ prezidenti Donald Trampı Adolf Hitlerə bənzədib.


Femida.az-ın TASS-a istinadən verdiyi məlumata görə, xanım mer bunu ABŞ-da miqrasiya siyasətinin sərtləşdirilməsindən sonra deyib.

“Biz bilirik ki, bu, önəmli sayda vətəndaşların dəstəklədiyi qanuni hökumətdir. Lakin 21-ci əsrdə biz insan haqlarının ən böyük pozuntusunun şahidi oluruq. Eynilə əksəriyyətin əvvəlcə dəstəklədiyi digər bir hökumətin vaxtında olduğu kimi”, - deyə M. Karmena Hitler Almaniyasını nəzərdə tutaraq söyləyib.

Qeyd edək ki, Donald Tramp Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yemən vətəndaşlarının 90 gün ərzində ABŞ-a girişinə qadağa qoyub.

Femida.az

Açar sözlər:

Oxunub: 1187