Donald Trampın səsləri oğurlandı?


21:00     04 Fevral 2016 012.jpg

ABŞ-da prezident seçkilərinin ilkin mərhələsinə başlayan kimi namizədlər arasında narazılıqlara da start verilib.


İlk partiyadaxili narazılıqlar Respublikaçılar Pariyasında yaranıb. Partiyanın prezidentliyə namizədlərindən biri olan milyarder Donald Tramp İova ştatında keçirilən yerli seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edib. Tramp deyib ki, İovada ondan artıq səs toplayaraq Respublikaçılar Partiyasından qalib olan Ted Kruz səslərin bir hissəsini oğurlayıb. Onun sözlərinə görə, T.Kruz insanları partiyadan prezidentliyə digər namizəd Ben Karsonun seçkilərdən çəkiləcəyinə inandırıb və bu yolla onun səslərini ələ keçirib.

D.Trampın Tvitter üzərindən etdiyi müraciət T.Kruz tərəfindən soyuqqanlılıqla qarşılanıb. T.Kruzun qərargahından o da bildirilib ki, seçki kampaniyası zamanı müəyyən anlaşmazlıq yaranıb və buna görə üzr istəyirlər./lent.az/

Açar sözlər:

Oxunub: 1435