Metroda qatarların ləngiməsinin səbəbi açıqlandı


11:46     27 Yanvar 2020 metro.jpg

Bakıda metro qatarında problem yaranıb.


Bu barədə Femida.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə bu gün səhər 7:35-də baş verib:

"Qatarda nasazlıq yaranıb və dərhal "Nəriman Nərimanov" stansiyasından texniki baxış məqsədilə depoya göndərilib. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub".

Femida.az

Açar sözlər:

Oxunub: 571