Şəki sakinini zorakı yolla qətlə yetirən qohumlar saxlanılıb
14:18 30 Yanvar 2020
Şəkidə keçmiş məhkum qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə əsasən, yanvarın 29-da saat 20 radələrində Şəki ŞRPŞ-yə yaşayış olmayan bir evin həyətində şəhər sakini, əvvəllər məhkum olunmuş Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə məlumat daxil olub.
Bildirilir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini O.Yusifli və onun qohumu A.Məmmədzadə müəyyən edilərək saxlanılıblar.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 616
Oxşar xəbərlər
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb
- Şəkinin bir hissəsində qaz kəsiləcək
- Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb
- Şəkidə yaşayış evi yanıb, 60 yaşlı kişi ölüb