Koronavirusla bağlı növbəti rəsmi AÇIQLAMA
15:28 24 Fevral 2020
"Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
Femida.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Qeyd olunub ki, İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir: "Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar".
Bildirilib ki, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində və sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib.
Femida.az
Oxunub: 484
Oxşar xəbərlər
- Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər
- Koronavirusla mübarizədə iştirak edən həkimlərə əlavə pulun ödənilməsi müddəti uzadılıb
- Koronavirusla mübarizəyə görə həkimlərin əlavələri niyə ödənilmir? - Qurumlar bir-birinin üstünə atdı
- Koronavirusla bağlı son STATİSTİKA
- Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti uzadıldı
- Koronavirusla əlaqədar bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib
- Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadılıb
- Koronavirusla fəal mübarizə Ordumuza ən böyük dəstəkdir
- Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlandı
- Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir yenilik