Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlandı
20:13 09 İyun 2020
"Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub".
Femida.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, fonda indiyə qədər 113 502 948 manat ianə toplanıb.
"O vəsaitdən hələ ki, istifadəyə ehtiyac duyulmayıb", o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Aprelin 11-də Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.
Oxunub: 1041
Oxşar xəbərlər
- Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər
- Koronavirusla mübarizədə iştirak edən həkimlərə əlavə pulun ödənilməsi müddəti uzadılıb
- Koronavirusla mübarizəyə görə həkimlərin əlavələri niyə ödənilmir? - Qurumlar bir-birinin üstünə atdı
- Koronavirusla bağlı son STATİSTİKA
- Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti uzadıldı
- Koronavirusla əlaqədar bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib
- Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadılıb
- Koronavirusla fəal mübarizə Ordumuza ən böyük dəstəkdir
- Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir yenilik
- Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manatdan artıq vəsait toplanıb