Maştağada quş kəsimi sexi bağlandı
16:09 28 Fevral 2020
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodunun ərazisində fiziki şəxs Bəbirov Taleh Bayram oğluna məxsus quş kəsimi sexində reyd keçirib.
AQTA-dan Femida.az-a verilən məlumata görə, reyd zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.
Məlum olub ki, antisanitar şəraitdə fəaliyyət göstərən sexdə sanitar-gigiyenik norma və qaydalara əməl edilmir. Müəssisənin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, kəsimdən sonra daxili orqanların baytarlıq-sanitar müayinəsi, quş ətinin orqanoleptik qiymətləndirilməsi, istehsal və saxlama zamanı quş ətinin sanitar keyfiyyətinə baytar həkim tərəfindən nəzarət aparılmır.
Yoxlama zamanı məhsullardan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.
Femida.az
Oxunub: 559
Oxşar xəbərlər
- Maştağada 8 evdən oğurluq edən şəxslər saxlanılıb
- Maştağada ad günü məclisi təşkil edən şəxslər aşkarlandı
- Maştağada istixanada narkotik bitkilər əkib-becərən saxlanıldı
- Maştağada “Opel” piyadanı vurub öldürdü
- Maştağada ağır qəza - Ölən və yaralananlar var
- Maştağada 3 gün ərzində 13 ev qarət edilib
- Maştağada avtobusun vurduğu piyada xəstəxanada öldü
- Maştağada 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Maştağadakı səs-küylə bağlı bir nəfər cəzalandırıldı