Ucarda əl qumbarası tapıldı
17:42 09 Aprel 2020
Aprelin 9-u saat 13:29-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ucar rayonu, Müsüslü kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ucar Rayon Polis Şöbəsinin və Müsüslü kənd tibb məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib, əraziyə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd üzəri beton ilə örtülmüş F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 60 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 845
Oxşar xəbərlər
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Ucarda piyadanı yük qatarı vurub öldürüb
- Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb
- Ucarda qaydaları pozan COVID-19 xəstələri barədə araşdırma aparılır
- Baş Prokurorluq: "Ucarda şagirdin intihara cəhd etməsi araşdırılır"
- Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib
- Gəncə, Masallı və Ucarda vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayır
- Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Ucarda yeniyetmə oğlan qardaşını qətlə yetirib
- Ucarda oğurluq edən şəxs saxlanılıb