Avtomobilləri soyan şəxs SAXLANILDI


19:44     10 May 2020 20_05_10_1589125523.jpg

Sumqayıtda avtomobillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Femida.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı vətəndaşlara məxsus avtomobillərdən oğurluq edən 31 yaşlı Asif Feyziyev tutulub.

Onun ətrafında araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs şəhərin müxtəlif ərazilərində ümumilikdə 20 avtomobili qarət edib. A.Feyziyev avtomobillərin yan şüşələrini özünəməxsus şəkildə qıraraq, oradan pul, maqnitofon, vətəndaşlara məxsus geyim əşyaları, fləşkartlar və qiymətli əşyalar aparıb. O, oğurladığı əşyaları müxtəlif şəxslərə satıb.

İstintaqa cəlb olunan A.Feyziyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.Sumqayıtda avtomobillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Açar sözlər:

Oxunub: 1111